İspaniyanın Araqon muxtar bölgəsində keçirilən hərbi təlim zamanı əsgər həyatını itirib.
"APA”ya istinadən xəbər verilir ki, bu barədə İspaniyanın Quru Qoşunları "X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, hadisə "San-Qreqorio” hərbi təlim mərkəzində baş verib. Əsgər təlim zamanı baş verən bədbəxt hadisə nəticəsində ölüb.
İspaniyanın Müdafiə Nazirliyi də hərbçinin ölümü ilə bağlı başsağlığı verib.
Hadisənin başvermə səbəbləri barədə əlavə məlumat açıqlanmayıb.
Mənbə: azxeber.com