Rusiyanın Smolensk vilayəti gecə Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumuna məruz qalıb və nəticədə iki nəfər həlak olub.
Bu barədə bölgənin qubernatoru Vasili Anoxin məlumat verib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri bir gecədə 37 dron vurub.
"Təəssüf ki, Yartsevo şəhərində baş verən hücum nəticəsində ölənlər var. Çoxmərtəbəli binada dağıntılar var, yanğın başlayıb. İki nəfər ölüb", - deyə o, “Max” platformasında yazıb.
Region rəhbəri qeyd edib ki, yanğınsöndürmə işləri zamanı təcili yardım xidmətləri sakinləri təxliyə edib və 10 nəfər yanğın zonasından xilas edilib.
Çərşənbə axşamı Leninqrad bölgəsinə də hücum edilib. Vilayət qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, bir neçə dron hücumundan sonra Ust-Luqa limanı ərazisində yanğın baş verib və nəticədə üç işçi xəsarət alıb.
"Hücumun hədəfi Kinqisepp rayonundakı Ust-Luqa liman ərazisi idi. Bir neçə dron zərbə endirdi, yanğına səbəb oldu və üç işçi yaralandı. Həyat üçün heç bir təhlükə yoxdur", - Drozdenko “Max” platformasında yazıb və əlavə edib ki, ilkin məlumatlara görə, bölgə üzərində 150 dron vurulub.
Müəllif: Tural
Mənbə: publika.az