Türkiyədə bir məktəbdə şagirdlərin oynadığı “Doğrumu, cəsarətmi?” oyunu zamanı baş verənlər sosial şəbəkələrdə ciddi narazılıq yaradıb.
Oyun zamanı bir oğlan şagird sevgilisinin ən yaxın rəfiqəsi ilə öpüşüb. Baş verənləri gözləri qarşısında görən qız isə göz yaşlarına hakim ola bilməyib.
Məlumata görə, qız sevgilisinə “Sən məni qısqandıra bilməzsən” deyərək meydan oxuyub. Bundan sonra oğlan onun ən yaxın rəfiqəsi ilə öpüşməyə başlayıb.
Hadisənin görüntülərinin yayılması sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub. Xüsusilə belə bir hadisənin məktəb mühitində baş verməsi tənqid edilib.
Mənbə: bizim.media