İstanbulda daşqın bölgəsindən 32 nəfər xilas edildi - Video

İstanbulda daşqın bölgəsindən 32 nəfər xilas edildi -

Türkiyənin İstanbul şəhərinin Çatalca rayonunda güclü yağış nəticəsində baş verən sel və su basmaları ilə bağlı xilasetmə tədbirləri başa çatıb.

Hadisə yerinə gələn İstanbul valisi Davut Gül indiyədək bölgədən 32 nəfərin xilas edildiyini, hazırda ərazidə köməksiz vəziyyətdə qalan heç bir vətəndaşın olmadığını bildirib.

Valinin sözlərinə görə, sel nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Davut Gül gələcəkdə güclü yağışlar və daşqınlar zamanı oxşar problemlərin qarşısını almaq məqsədilə infrastruktur və digər qabaqlayıcı tədbirlərin görüləcəyini, bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.

Mənbə: bizim.media