COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir.
Bəs görəsən, Azərbaycanda da bu ştamma yoluxanlar varmı?
Aktual.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə respirator virus infeksiyaları, o cümlədən COVID-19 infeksiyası ilə bağlı epidemioloji vəziyyət mütəmadi nəzarətdə saxlanılır:
"SARS-CoV-2 virusu digər mövsümi respirator viruslarla yanaşı ümumi epidemioloji müşahidə çərçivəsində izlənilir və bu istiqamətdə monitorinq tədbirləri davam etdirilir.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və beynəlxalq təcrübə nəzərə alınmaqla, əhalinin sağlamlığının qorunması məqsədilə müvafiq nəzarət və profilaktik tədbirlər icra olunur”.

Mənbə: aktual.az