Gəncədə marşrut avtobusu qəzaya uğrayıb.
Hadisə şəhərin Nizami prospektində baş verib.
“BakuBus”a məxsus 5 nömrəli marşrut üzrə sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Daha sonra ağacları sındıraraq dayanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev



Mənbə: qafqazinfo.az