Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Gəncədə itkin düşən 84 yaşlı kişinin meyiti tapılıb.

Nəvəsinin andiçmə mərasiminə Gəncəyə gələn və artıq 2 gündür itkin düşmüş Astara rayon Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynovun meyiti Göygöl rayonunun Hacıməlik kəndində aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.

Mənbə: bizim.media