İtaliyada leysan fəlakəti – Şəhərlər su altında qaldı – Video

İtaliyada leysan fəlakəti – Şəhərlər su altında qaldı – Video

İtaliyada artıq üçüncü gündür ki, güclü fırtınalar tüğyan edir. Nəticədə çaylar məcrasından çıxıb, küçələri su basıb.

Bizim.Media ANSA agentliyinə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti genişmiqyaslı daşqınlara, torpaq sürüşmələrinə və ciddi dağıntılara yol açıb. Ən ağır vəziyyət Liquriya və Toskana bölgələrində yaranıb.
 

Pezaro-e-Urbino əyalətində Metauro çayının məcrasından çıxması bir neçə qəsəbəni su altında qoyub. Urbaniya şəhərində xilasedicilər öz evində köməksiz vəziyyətdə qalan bir nəfəri təxliyə etməli olublar. Genuya yaxınlığındakı Karasko şəhərində isə torpaq sürüşməsi təhlükəsi səbəbindən bir binanın sakinləri — ümumilikdə on nəfər evlərini tərk edib.


Təbii fəlakət yerli biznesə də ciddi ziyan vurub. La-Spetsiya şəhərindəki "Confcommercio" təşkilatının məlumatına görə, su və palçıq onlarla mağaza, emalatxana və anbar binalarına dolub. Nəticədə mallara, mebellərə, avadanlıqlara və mühəndis sistemlərinə ziyan dəyib.



Mənbə: bizim.media