Astara rayon Kakalos kənd sakini 84 yaşlı Mirzəcan Hüseynovun cansız bədənini tapan şəxs danışıb.
O, bu barədə təfərrüatı APA TV-yə açıqlayıb.
Meyiti tapan Dilcan Bayramov bildirib ki, M.Hüseynov ölməmişdən öncə ərazidəki tikilidə gecələyib: “Hər gün təsərrüfatımla bağlı bu əraziyə gəlirəm və baxıram. Yola çıxanda gördüm ki, bir nəfər yatıb, səsləndim cavab vermədi. Baxdım ki, rəhmətə gedib. Dərhal aidiyyəti qurumlara məlumat verdim ki, bəs burada ağsaqqal bir kişi vəfat edib”.
Daha ətraflı videomaterialda:
Mənbə: qafqazinfo.az