Naxçıvanda gecə saatlarında deputatın düşdüyü qəza ilə bağlı videogörüntülər yayılıb.
Teleqraf-a istinadən xəbər verilir ki, gecə saatlarında Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü kapitan Hüseynalı Hüseynalıyev həyatını itirib.
Xəsarət alanlardan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Qəzaya düşənlər Vətən müharibəsi qaziləridir. Xəsarət alan Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Mənbə: publika.az