Bakıda təcili yardım avtomobili ilə yük daşınıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, sözügedən avtomobil TƏBİB-ə deyil, özəl xəstəxanalardan birinə məxsusdur.
Mənbə: qafqazinfo.az