Yəməndə husilərə ağır zərbə: 173 nəfər öldürüldü

Yəməndə husilərə ağır zərbə: 173 nəfər öldürüldü

“Yəmən Şəfəqi” əməliyyatı çərçivəsində husilərin 173 səhra komandiri və yaraqlısı öldürülüb və ya yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi polkovnik Məcid Abdulla ən-Nüzeyli bildirib.

Onun sözlərinə görə, son saatlarda hökumət qüvvələri 661 zərbə əməliyyatı həyata keçirib. Bunlara 15 aviazərbə, 526 artilleriya atəşi, PUA-larla 53 və reaktiv yaylım atəşi sistemləri ilə 67 zərbə daxildir.

Bildirilib ki, hücumlar nəticəsində 71 nəqliyyat və hərbi texnika sıradan çıxarılıb, husilərin komanda mərkəzləri, müşahidə məntəqələri və istehkamları dağıdılıb.

Ordu nümayəndəsi əməliyyatların qarşıya qoyulan məqsədlərə çatana qədər davam etdiriləcəyini bildirib.

Mənbə: publika.az