“Alyans” Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli saxlanılıb.
“Qafqazinfo”nun məlumatına görə, Kəngərli polis tərəfindən tutulub.
İlkin məlumat ondan ibarətdir ki, vəkil qanunsuz narkotik dövriyyəsində ittiham olunur. Onun bu gün məhkəməyə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, bugünlərdə başqa iki vəkil də həbs edilib. Onlar dələduzluq və hədə-qorxu ilə tələb etməkdə ittiham olunurlar.
Mənbə: qafqazinfo.az