Hacıqabulda zəlzələ oldu

Hacıqabulda zəlzələ oldu

Bakı. Trend:

Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Şirvan stansiyasından 32 km şimal-qərbdə olub.

Qeyd edilib ki, yerli vaxtla saat 10:09 -də qeydə alınan zəlzələnin maqnitudası 3.2 olub.

Zəlzələnin ocağı 45 km dərinlikdə yerləşib.

Mənbə: az.trend.az