İtkin düşən oğulları üçün 75 min mükafat vəd etdilər

İtkin düşən oğulları üçün 75 min mükafat vəd etdilər

Yaponiyanın ən yüksək zirvəsi olan Fuci dağında noyabrın 8-də itkin düşən 25 yaşlı çinli alpinist Çen Cienin ailəsi onu sağ tapan şəxsə 500 min yuan (təxminən 75 min dollar), meyitini tapanlara isə 100 min yuan (təxminən 15 min dollar) mükafat vəd edib.

BBC-yə istinadən xəbər verilir ki, gənc alpinist dostlarının avadanlıq çatışmazlığı və yolun bağlı olması səbəbindən geri qayıtmasına baxmayaraq, 2300 metr yüksəklikdən təkbaşına zirvəyə doğru dırmanmağa davam edib və ondan sonuncu dəfə noyabrın 8-i saat 10:30-da xəbər alınıb.

Ailənin yüksək məbləğli mükafat elanı Yaponiya hakimiyyət orqanlarında ciddi narahatlıq doğurub. Yamanaşi prefekturasının qubernatoru Kotaro Naqasaki mükafat həvəsi ilə dağa qalxacaq hazırlıqsız insanların “ikinci dərəcəli fəlakətlərə” səbəb ola biləcəyini bildirərək ailəni başqalarının həyatını təhlükəyə atmamağa çağırıb.

Tokiodakı Çin səfirliyi də sığınacaqların bağlı olduğu mövsümdənkənar dövrdə güclü külək və çovğun səbəbindən Fuci dağına çıxmamaq barədə xəbərdarlıq edib.

İtkin düşən oğulları üçün 75 min mükafat vəd etdilər - foto 1
İtkin düşən oğulları üçün 75 min mükafat vəd etdilər - foto 2


Mənbə: bizim.media