"Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı illərdə İngilis teatrında fəal iştirak edib. Çox güman ki, məhz bu təcrübə ona ictimaiyyət qarşısında mükəmməl çıxış etmək bacarığı qazandırıb".
Bunu "RİA Novosti"yə açıqlamasında MDLU-nun ingilis dili fakültəsinin dekanı Kseniya Qolubina deyib.
Xatırladaq ki, Sadıkov noyabrın 12-də Kremldə Rusiya liderinin ABŞ prezidentinin xüsusi nümayəndələri - Stiven Uitkoff və Cared Kuşnerlə apardığı danışıqlar zamanı tərcüməçi qismində iştirak edib, mükəmməl nitqi diqqət çəkib.
"Aleksey bizim İngilis teatrımızın fəal üzvlərindən idi və bu onun fərqli - yaradıcı tərəfini üzə çıxardı. Görünür, elə bu amil onun auditoriya qarşısında parlaq çıxış etmək qabiliyyətini formalaşdırıb", - deyə dekan bildirib.
2008-ci ildə MDLU-dan məzun olan Sadıkov bundan əvvəl də Rusiya prezidentinin ABŞ nümayəndələri ilə görüşlərində, eləcə də ötən ilin avqust ayında Alyaskada baş tutan Rusiya-ABŞ sammitində tərcüməçi kimi fəaliyyət göstərib.
Mənbə: www.bakupost.az