9 mərtəbəli binada qaz dəhşəti - 20-yə yaxın sakin zəhərləndi

9 mərtəbəli binada qaz dəhşəti -

İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib.

"Haber Global"a istinadən xəbər verilir ki, hadisə şəhərin Pendik rayonunda qeydə alınıb.

Məlumata görə, 9 mərtəbəli binanın sakinləri təbii qazdan zəhərləniblər. Zərəçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları, təcili yardım, qaz idarəsinin işçiləri cəlb olunub.

Digər sakinləri təxliyə edilən bina giriş-çıxış üçün bağlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: publika.az