"Prius" 27 yaşlı kişini vurub öldürdü

"Prius" 27 yaşlı kişini vurub öldürdü

Bakıda 27 yaşlı kişi faciəli şəkildə ölüb.

Hadisə Sabunçu rayonu ərazisində baş verib. 2005-ci il təvəllüdlü Bünyad Muxtar oğlu Cəfərov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Çərkəz Elnur oğlu Fətullayevi vurub.

Piyada xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. (Oxu.az)

Mənbə: bizim.media