"Tesla"da inqilabi yenilik: Sükan və pedalsız avtomobil gəlir

"Tesla"da inqilabi yenilik: Sükan və pedalsız avtomobil gəlir

“Tesla” şirkəti sükan və pedalı olmayan, 6 və ya 7 nəfərlik yeni “Model Y” modeli üzərində işləməyi planlaşdırır. Avtomobilin sürücüsüz nəqliyyat vasitəsi kimi istifadəsi nəzərdə tutulur.

“Bakupost” xəbər verir ki, şirkətin rəhbəri Elon Musk yeni modelin böyük ailələr və qruplar üçün nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, avtomobil iki nəfərlik “Cybercab” modelini tamamlayaraq daha çox sərnişin daşımaq imkanı yaradacaq.
Musk avtomobilin adı, qiyməti və satış tarixi barədə məlumat verməyib. Modelin fərdi satışa çıxarılacağı, yoxsa yalnız “Tesla”nın robotaksi parkında istifadə ediləcəyi də məlum deyil.
Vüsalə Hüseynova,
BakuPost

Mənbə: www.bakupost.az