"Cin çıxarma" mərasimi faciə ilə nəticələndi - ŞOK OLAY

"Cin çıxarma" mərasimi faciə ilə nəticələndi - ŞOK OLAY

Şri-Lankada "cin çıxarma" mərasimi faciə ilə sonuclanıb. Belə ki, bu ritualı həyata keçirən qadın taxta parçası ilə 9 yaşlı qızı vurub və qızcığaz xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Cebhe.info xəbər verir ki, bu barədə "The New Straits Times" məlumat yayıb.

Polislərin verdiyi məlumata görə, valideynləri 9 yaşlı qızcığazı ölkə paytaxtından o qədər də uzaqda olmayan bir kəndə sözügedən rituala aparıblar.

Polis cinayətkar qadını və 9 yaşlı qızın valideynlərini saxlayıb.

Mənbə bildirir ki, Şri-Lankada "cin çıxarma" mərasimi tez-tez keçirilir və bunun üçün "şarlatanlara" və cadugərlərə müraciət edilir.

Sevinc Tapdıqqızı

Mənbə: cebhe.info