Türkiyədə 10 İŞİD-çi saxlanıldı

Türkiyədə 10 İŞİD-çi saxlanıldı

Türkiyədə İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat İstanbul şəhərində keçirilib. Eyni vaxtda 12 ilçədəki 16 fərqli ünvanda keçirilmiş əməliyyat çərçivəsində 10 İŞİD üzvü saxlanılıb.

Saxlanılanların hamısı əcnəbilər olub. Hazırda araşdırmalar və əməliyyat tədbirləri davam etdirilir.

Mənbə: www.unikal.org