12 il həbs cəzası alan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

12 il həbs cəzası alan sabiq icra başçısı Vilyam Hacıyev   azadlığa buraxıldı

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.

"Bakupost" xəbər verir ki, Shownews.az-ın əldə etdiyi eksklüziv məlumata görə, 2020-ci ildə həbs edilən və 2022-ci ildə 12 il müddətinə azadlıqdan məhrum olunan Vilyam Hacıyev bu gün cəzaçəkmə müəssisəsindən azad edilib.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdi. O, külli miqdarda mənimsəmə, rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla mühakimə olunmuşdu.
2024-cü ildə Ali Məhkəmənin qərarı ilə onun 12 illik həbs cəzası 8 il 6 aya endirilmişdi.

Mənbə: www.bakupost.az