Şimali Kiprin Girne sahillərində gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“Qafqazinfo” xəbər verir ki, bunu “Report”a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu bildirib.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 27 nəfər ölüb, 200-dən çox şəxs xilas olunub. İtkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir.
Cinayət işinin əvvəlində təqsirləndirilən şəxslərə qarşı “ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma” ittihamı irəli sürülsə də, ittiham “adam öldürmə” maddəsi ilə əvəzlənib.
Mənbə: qafqazinfo.az