Trampın adamlarının və "X" şirkətinin hesabları Türkiyədən sındırılıb: 4 şübhəli saxlanıldı

Trampın adamlarının və "X" şirkətinin hesabları Türkiyədən sındırılıb: 4 şübhəli saxlanıldı

"X" şirkətinin infrastrukturuna və serverlərinə qarşı kiberhücumlarda iştirak edən şübhəlilər İstanbulda müəyyən edilib.

Musavat.com xəbər verir ki, Türkiyədə çoxsaylı hesabların sındırılması ilə əlaqələndirilən dörd şübhəli aşkarlanıb; araşdırma "X Corp."un şikayəti əsasında İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılıb. Sındırılmış profillər arasında ABŞ prezidenti Donald Trampın kabinetinin üzvlərinin, ABŞ Konqresi üzvlərinin, müxtəlif hökumət hesablarının, eləcə də Türkiyə parlamentinin bir deputatının səhifələri yer alıb.İstintaq çərçivəsində hüquq-mühafizə orqanları şübhəlilərin yaşayış yerlərində axtarışlar aparıb.

Əməliyyat zamanı iş üçün əhəmiyyət kəsb edən rəqəmsal materiallar götürülüb, fiqurantlar isə saxlanılıb.

Qeyd edək ki, yüksək vəzifəli rəsmilərin və qanunvericilərin sosial media hesablarının ələ keçirilməsi cəhdləri dezinformasiya, kiberkəşfiyyat və rəqəmsal təhlükəsizlik baxımından ciddi risklər yaradır.

İstanbul prokurorluğunun başlatdığı istintaq və müsadirə olunan rəqəmsal sübutların təhlili hücumların mexanizmlərinin və mümkün əlaqələrin tam aydınlaşdırılmasına yönəlib.

Mənbə: www.musavat.com