Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb

Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb

Samuxda evdən kişi meyiti tapılıb.

Apa-ya istinadən xəbər verilir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini 1987-ci il təvəllüdlü X.Abdullayevin yaşadığı evdən meyiti aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hələlik ölümün səbəbləri məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə: news.milli.az