Korona xəstəxanasında faciə: 22 xəstə öldü

Korona xəstəxanasında faciə: 22 xəstə öldü

Hindistanın Maxaraştra əyalətində koronoviruslu xəstələrin yerləşdiyi xəstəxanada oksigen balonunda sızıntı olub.

Axar.az xəbər verir ki, sızıntı nəticəsində oksigensiz qalan 22 korona xəstəsi ölüb.

Xəstəxanada müalicə alan 31 xəstə isə başqa hospitala köçürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: axar.az