343 gün erməni əsirliyində qalan azərbaycanlı: "Bizə dəhşətli işgəncələr verirdilər" - VİDEO

"Ermənilər ayaq dırnaqlarımı kəlbətinlə çıxarırdılar, söküntü işlərinə cəlb edirdilər".

Bunu "Report"a Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinə əsir düşən keçmiş hərbçi Famil Heydərli oğlu Əliyev deyib.

343 gün erməni əsirliyində qalan F.Əhmədov bildirib ki, düşmən azərbaycanlı əsirləri ucu dəmirli batinkayla, dəyənək və lomla vəhşicəsinə döyüb, ağır işgəncələr verib:

"1992-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsindən hərbi xidmətə çağırılmışam. Ağdam və Füzulinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. 1994-cü ilin yanvarında Ağdamın Cəvahirli kəndində gedən döyüşlərdə yaralandım və ermənilər tərəfindən əsir götürüldüm. Əvvəl Ağdama, daha sonra digər əsirlərlə birlikdə Xankəndinə aparıldım. İki-üç gün sonra bizi Şuşa türməsinə gətirdilər və o gündən etibarən dəhşətli günlərimiz başladı..."

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda avtomobili aşan sürücü öldü

SONRAKI XƏBƏR

Erməni komandir həbs edilib