Güclü yağışlar Belçikanın cənubunda yeni daşqınlara səbəb oldu

Güclü yağışlar  Belçikanın cənubunda yeni daşqınlara səbəb oldu

Bakı. Trend:

Belçikanın cənubunda güclü yağışlar səbəbindən yeni daşqınlar baş verib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bir neçə yaşayış məntəqəsi, o cümlədən Vallonia bölgəsinin paytaxtı Namur şəhəri su altında qalıb.

Bildirilir ki, fəlakətdən ən çox Dinan şəhəri ziyan çəkib.

"[Mez] çayında suyun səviyyəsinin kəskin artması nəticəsində bir neçə şəhər rayonunu su basıb, küçələrdə suyun səviyyəsi 30 santimetrə çatır. Xoşbəxtlikdən söhbət yalnız maddi ziyandan gedir, həlak olan yoxdur", - Dinan şəhərinin burqomistri Aksel Tikson deyib.

Bənzər vəziyyət Arden bölgəsindəki digər yaşayış məntəqələrində müşahidə olunur.

Son məlumatlara əsasən, Belçikada 14-16 İyul tarixlərində baş verən daşqın nəticəsində 32 nəfər həlak olub, təxminən 60 nəfər yaralanıb. On minlərlə ev dağılıb və zədələnıb, onlarla yaşayış məntəqəsi qaz, işıq və su təchizatından məhrum olub. Daşqın 50 mindən çox avtomobili məhv edib.

Mənbə: az.trend.az