Masallıda ölüm hadisəsi qeydə alınıb.
Axar.az Bakipost.az-a istinadən xəbər verir ki, hadisə dünən, saat 19 radələrində rayonun Lürən kəndində baş verib.
Belə ki, 1959-cu il təvəllüdlü Əlirza Abdullayev oğlunun toy mərasimində oynayarkən qəfildən infarktdan vəfat edib.
Mənbə: axar.az