İdarəetməni itirən sürücü yol kənarındakı piyadaları vurdu - 18 yaşlı qız öldü

İdarəetməni itirən sürücü yol kənarındakı piyadaları vurdu - 18 yaşlı qız öldü

Mingəçevirdə iki piyadanı maşın vurub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, dekabrın 20-si saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı iki piyadanı vurub.

Hadisə nəticəsində piyadalardan biri - 2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı aldığı xəsarətlərdən vəfat edib, digər piyada Sadıqzadə İmamrza Çingiz oğlu isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: az.trend.az