Şimal bölgəsində güclü külək əsir

Şimal bölgəsində güclü külək əsir

Şimal bölgəsində gecə saatlarından başlayaraq güclü külək əsir. Qusar, Xaçmaz və Quba rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.

Qusar FHK-nın sədri Şahid Fərəməzov məlumat verib ki, kəndlərin bəzilərində enerji verilişi təhlükəsizlik baxımından söndürülüb, bəzi yerlərdə küləyin fəsadı nəticəsində dayanıb.

Külək sakitləşən kimi bərpa işlərinə başlanılacaq. Xaçmaz FHK-dan da analoji cavab verilib. Külək işığın verilişində yenidən problem yaşadıb.
Qubada da eyni vəziyyətdir. Quba FHK-nın sədri Tariyel İbrahimov bildirib ki, gecə saatlarından bir neçə kənddə işıq yoxdur. Həm külək xəttləri qırıb, həm də əlavə problemin yaranmaması üçün təhlükəsizlik məqsədi ilə söndürülüb.

Tariyel İbrahimovun sözlərinə görə, son illər Qubada belə güclü külək əsməsi qeydə alınmamışdı.

“Azərişlq" ASC-nin yerli şəbəkələrində gücləndirilmiş iş rejimi tətbiq edilib.

Aytəkin Alxaslı

Mənbə: bizim.media