Gəncədə minik maşını işıq dirəyinə çırpılıb, qadın sürücü xəsarət alıb.
Hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı sürücü 1980-ci il təvəllüdlü G.Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
Mənbə: unikal.az