Goranboyda iki nəfər dəm qazından zəhərləndi

Goranboyda iki nəfər dəm qazından zəhərləndi

Goranboyda dəm qazı iki nəfəri xəstəxanalıq edib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ağcakənd qəsəbəsində baş verib.

Evlərdən birində 2005-ci il təvəllüdlü Nəsirova Sofiya Xıdır qızı və 2013-cü il təvəllüdlü Quliyeva Xədicə Adil qızı vanna otağında dəm qazında zəhərləniblər.

Dərhal xəstəxanaya yerləşdirilən qızlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Mənbə: bizim.media