Məktəbli qızı başından güllələdi

Məktəbli qızı başından güllələdi<span class="qirmizi"></span>

Naməlum şəxs Rusiyanın Ural diyarında on yaşlı qız məktəblini başından güllələyib - zərərçəkən xəstəxanadadır, cinayətkar isə axtarışdadır, faktla bağlı cinayət işi başlanıb.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (TFR) Sverdlovsk vilayəti üzrə mətbuat xidmətindən məlumat verilib.

E1.ru xəbər verir ki, hadisə iyunun 22-də axşam saatlarında baş verib. Bir neçə yeniyetmə küçədə gəzirdilər və bir anda qəribə bir səs eşitdilər, eyni anda ortaq dostları başından yara ilə yıxıldı.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Yetkinlik yaşına çatmayan şəxsi öldürməyə cəhd" maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı rayon istintaq idarəsinin nəzarətindədir. Daxili İşlər Nazirliyinin bölgə üzrə mətbuat xidməti izahat verdi ki, hadisədən sonra qapı-qapı gəzilib, mümkün şahidlər və şahidlər dindirilib. DİN-in istintaq-əməliyyat qrupu polis idarəsinin rəisi, polis polkovnik-leytenantı Sergey Anisimovun rəhbərliyi ilə hadisə yerində iş aparıb.

Xəsarətin xarakteri və iddia edilən silah hələ müəyyən edilməyib.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az