18 yaşlı qız 40 min rubl müqabilində ərə getdi

Sankt-Peterburqda 18 yaşlı qızın 40 min rubl qarşılığında əcnəbi vətəndaşa ərə getmək barədə sövdələşməsinin üstü açılıb.

Bakupost.az xəbər verir ki, qız əcnəbi ilə sövdələşməyə gedərək, Rusiya ərazisində uzun müddət qalmasını təmin etmək üçün pul müqabilində onunla rəsmi nikah bağlayıb. Saxta nikah 40 min rubla başa gəlib.

23 yaşlı Yaxın Şərqdən olan kişi hətta qızla toy edib, sonradan Rusiya vətəndaşlığı almaq istəyib.

Sankt-Peterburq prokurorluğu araşdırmalar nəticəsində qanunsuz maxinasiyanın qarşısını alıb. Miqrasiya qanunvericiliyinə əsasən, saxta nikah etibarsız hesab edilib.

Kişi və qız məsuliyyətə cəlb olunublar.

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Sarı dənizdə gəmilərin hərəkətinə QADAĞA qoyuldu

SONRAKI XƏBƏR

Şabranda meşə yanğınının “Qalaaltı” İstirahət Mərkəzinə keçməməsi üçün tədbir görülür