İstanbulda 1-i azərbaycanlı olmaqla 120 qeyri-qanuni miqrant tutulub

İstanbulda 1-i azərbaycanlı olmaqla 120 qeyri-qanuni miqrant tutulub<span class="qirmizi"></span>

İstanbul Qaziosmanpaşada aparılan yoxlamalar zamanı 120 qeyri-qanuni miqrant saxlanılıb.

BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, aparılan araşdırmalar zamanı mikroavtobusla Türkiyəyə qeyri-qanuni yollarla daxil olduqları aşkarlanan əcnəbi vətəndaşlar Qara dəniz məhəlləsindəki küçələrdən birində tutulub.

Rayon ərazisində qeyri-qanuni miqrantlarla bağlı aparılan yoxlamalar zamanı 33 Əfqanıstan, 21 Pakistan, 61 Suriya, 3 Banqladeş, 1Anqola və 1 Azərbaycan vətəndaşı olmaqla 120 qeyri-qanuni miqrant aşkar olunub.

Mənbə: baku.ws