Britaniya: Tarixdə ən böyük quş qripi yayılır

Britaniya: Tarixdə ən böyük quş qripi yayılır<span class="qirmizi"></span>

İngiltərə tarixində ən böyük quş qripi epidemiyasının yayılma təhlükəsi var.

Axar.az xəbər verir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.

"Bu günə qədər 3 milyondan çox quş məhv edilib. İngiltərənin cənub-qərbində də quş qripinin qarşısının alınması üçün tədbir görülür. Böyük Britaniyada 155 yerdə quş qripi aşkarlanıb", - məlumatda deyilir.

Qeyd edək ki, sentyabrın 27-dən İngiltərədə Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Departamenti quş qripinin qarşısının alınması üçün ciddi şəkildə fəaliyyətə keçib.

Mənbə: axar.az