Türkiyədə zəlzələ oldu

Türkiyə sahillərində 4 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Aydın vilayətinin Kuşadası körfəzində, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ İzmir, Aydın və ətraf vilayətlərdə də hiss olunub.

 

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Xəzər suitilərinin kütləvi ölümü ilə bağlı operativ qərargah yaradılacaq

SONRAKI XƏBƏR

“Toyota” Rusiyadakı bütün əməkdaşlarını işdən çıxaracaq