Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.
Lakin APA-nın apardığı dəqiqləşmədən sonra məlum olub ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.
Heydər Əliyev Fondundan isə APA-ya bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.
Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.
***
Oxu.az saytı xəbər vermişdi ki, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda, müalicə aldığı xəstəxanada vəfat edib.
Bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.
Xatırladaq ki, sənətkar fevralın beşində xəstəxanaya yerləşdirilmişdi.
Mənbə: apa.az