Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basıb

Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basıb

Sabirabadda Kürün səviyyəsinin qalxması nəticəsində yulğunluq əraziləri su basıb.

Yağan leysan yağışları nəticəsində Kür çayının Sabirabad royununun kürətrafı Həşimxanlı və Ətcələr kəndlərində yulğunluq əraziləri su basıb.

Bəzi yerlərdə salınan yaşıllıqlar da subasmaya məruz qalıb. Hələlik fərdi yaşayış evlərinin subasma təhlükəsi yoxdur.

Vəziyyət bundan sonra yağan yağışlardan asılı olaraq dəyişə bilər.

Mənbə: apa.az