"15 hərbçi yanğından əvvəl öldürülmüşdü" - Erməni əsgər anası

"15 hərbçi yanğından əvvəl öldürülmüşdü" -  <span class="qirmizi">Erməni əsgər anası</span>

Ermənistanda 15 əsgərin ölümü ilə nəticələnən kazarma yanğını ilə bağlı müəmmalar davam edir. AzVision.az xəbər verir ki, yanğın zamanı həlak olan Volodya Nersisyanın anası Ani Tadevosyan News.am-a açıqlamasında diqqət çəkən fikirlər səsləndirib. O da digər valideynlər kimi əsgərlərin təsadüf nəticəsində yanıb ölməsinə inanmadığını deyib.

"Belə yanğın mümkün deyildi. Bu yalandır. Qoy izahat versinlər ki, o saatda kapitanın kazarmada nə işi olub. Əvvəllər həmin saatda bir dəfə də olsun rəhbərlikdən heç kim əsgərlərin yanında olmamışdı".

O, əminliklə deyib ki, baş verənlər məqsədli bir planın nəticəsi olub.

- Uşaqları zəhərli qazla və ya başqa yolla yatırdıb öz çirkin işlərini görüblər. Volodya dekabrın 17-də beş günlük məzuniyyətə gəlmişdi. Onu nə isə narahat edirdi. Orada qeyri-qanuni nələrsə baş verib, -Tadevosyan qalmaqallı iddia səsləndirib.

Mənbə: azvision.az