Braziliyada avtobus qəzası: Ölənlər var

Braziliyada avtobus qəzası: <span class="qirmizi">Ölənlər var</span>

Braziliyanın şimal-şərqində tibbi mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində azı 12 nəfər ölüb, iki nəfər ağır yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Hadisə gecə saaatlarında Tokantins ştatının Natividadi bələdiyyəsi yaxınlığında baş verib. Qəza nəticəsində Almas şəhərinin Səhiyyə Katibliyinə məxsus furqonda olan yeddi qadın, dörd kişi və bir körpə həlak olub. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Mənbə: www.unikal.org