İki fəhlə düyü altında qalıb öldü

İki fəhlə düyü altında qalıb öldü<span class="qirmizi"></span>

Hindistanın Sivaqanq şəhərində faciəvi hadisə baş verib.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, dəyirmanda işləyən iki nəfər külli miqdarda düyünün altında qalaraq ölüb.

Belə ki, 45 yaşlı Muthukumar və 30 yaşlı Kundan Kumar ambarda düyünü torbalara yığarkən üzərlərinə yuxarıdan düyü dağılıb. Nəticədə, onlar düyü içində sanki diri-diri basdırılmış olublar və yerindəcə keçiniblər.

Hadisə yerinə gələn xilasedicilər düyünün altından meyitləri çıxarıblar.

Dəyirmanın sahibi Hurusekar və onun oğlu Kannan həbs olunublar.

Natəvan Baxşiyeva

 

 

 

 

 

Mənbə: big.az