Ötən il 99 xarici vətəndaş cinayət məsuliyyətinə cəlb edilib

Ötən il 99 xarici vətəndaş cinayət məsuliyyətinə cəlb edilib<span class="qirmizi"></span>

Ötən il ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 8677 nəfər cəlb edilib. AzVision.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “İllik Hesabat”ında qeyd edilib.

Onlardan 16-18 yaş 13 nəfər, 18-25 yaş 601 nəfər, 26-29 yaş 1439 nəfər, 30 yaş və ondan yuxarı isə 6624 nəfər təşkil edir. Həmin şəxslərdən 8446-sı kişi, 231-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 99 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 99 xarici ölkə vətəndaşından 48-i İran İslam Respublikası, 19-u Rusiya, 15-i Türkiyə, 10-u Gürcüstan, 2-si Ukrayna, 2-si Turkmenistan, 1-i Qazaxıstan, 1-i Pakistan və 1-i Maldiv vətəndaşı olub.

 

Mənbə: azvision.az