Bakıda avtobusdan enən şagirdi maşın vurmasının anbaan görüntüləri - YENİLƏNİB + FOTO/VİDEO

Bakıda avtobusdan enən şagirdi maşın vurmasının anbaan görüntüləri - <span class="qirmizi">YENİLƏNİB + FOTO/VİDEO</span>

Bakıda avtobusdan enən şagirdi maşın vurmasının anbaan görüntüləri yayımlanıb.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında paytaxtın Parlament prospektində baş verib. Qəza nəticəsində Elm və Təhsil Nazirliyinin İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi xəsarət alıb.

“Xəzər Xəbər”in yayımladığı görüntüləri təqdim edirik:

22:24

Bu gün 20 nömrəli məktəbin qarşısında avtomobilin şagirdi vurması ilə bağlı hadisə şahidləri və valideynlər danışıblar.

Valideynlər məktəbin qapısının yola açılmasından narahat olduqlarını bildiriblər:

Məsələ ilə bağlı təhsil eksperti Adil Əliyev bildirib ki, xarici ölkələrin bir çoxunda məktəblər xüsusi sahə verilmiş ərazidə tikilir və şagirdlər dərsə xüsusi servislər vasitəsi ilə gətirilirlər.

Daha ətraflı Baku TV-nin süjetində:

 

10:58

“Bakı şəhəri, Yasamal rayonu Parlament prospektində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan məktəbli Kliniki Tibbi Mərkəzin Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib”.

Bu barədə Oxu.Az-a mərkəzdən bildirilib.
 
Aparılan müayinələr zamanı xəsarət alan məktəbliyə sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Hazırda zəruri müayinələr davam etdirilir.

Qeyd edək ki, avtomobilin vurduğu məktəbli qız Elm və Təhsil Nazirliyinin İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi olub. 

Onu vuran sürücü - 1988-ci il təvəllüdlü Mirazad Əliyev isə saxlanılıb.

09:32

Bakı şəhərində avtomobil məktəbli qızı vurub.

Oxu.Az-ın məlumatına görə, hadisə Parlament prospektində baş verib. 

Ətrafdakı insanların sözlərinə görə, 205 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini dayanacaq üçün ayrılmış zolaqdan kənarda saxlayıb. Bu zaman 99-NL-772 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobil avtobusu sağdan ötməyə çalışıb və marşrut avtobusundan düşən məktəbli qızı vurub. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə prospektdə yerləşən 20 nömrəli məktəb-liseyin qarşısında baş verib:

“Məktəbli vurulub və xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib”.

Mənbə: oxu.az