Türkiyənin Qars vilayətində iki Ermənistan vətəndaşının ayaqqabılarının içərisindən bazar dəyəri təxminən 3,5 milyon lirə (təxminən 186 min manat) olan külçə qızıl ələ keçirilib.
Qars Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Antiterrorizm Şöbə Müdirliyi yoxlamalar zamanı 2 şübhəlini saxlayıb.
Şübhəlilərin üzərində axtarış aparan polis ayaqqabılarının içərisindən 7 parça halında 1 kilo 51 qram qaçaq külçə qızıl aşkar edib.
2 şübhəli barəsində Qaçaqmalçılıqla Mübarizə Qanununu pozma maddəsi ilə cinayət iş başlanılıb.
Mənbə: musavat.com