7 yaşlı oğlunu xaric adı ilə dağlara qaçıran ana həbs olundu

7 yaşlı oğlunu xaric adı ilə dağlara qaçıran ana həbs olundu

Hər iki valideynin himayəsində olan uşağı ərindən xəbərsiz xaricə qaçıran qadın İspaniyanın Kantabriya bölgəsində daşdan tikilmiş dağ evində yaxalanıb.

Su və işıqsız bir daxmada tək yaşadıqları anlaşılan qadın və uşaq uzun axtarışlardan sonra tapılıb.

Veqa de Pas dağlarında daxmada tapılan qadın və uşağın vəziyyətinin yaxşı olduğu öyrənilib.

Qadın həbs olunub, uşaq isə Finlandiyaya göndərilib.

Mənbə: publika.az