Tiflisdə növbəti etiraz: Xüsusi təyinatlılar hərəkətə keçdi - VİDEO

Tiflisdə növbəti etiraz: Xüsusi təyinatlılar hərəkətə keçdi -

Tiflisdə parlament binasının girişi qarşısında etirazçılarla polislər arasında növbəti qarşıdurma baş verib.

Əsasən “Yeni” partiya nümayəndələri olan etirazçılar deputatların və parlament əməkdaşlarının iş yerlərini tərk etmələrinin qarşısını almaq üçün binanın girişində mövqe tutublar.

Polis onlardan ərazidən uzaqlaşmalarını tələb edib, lakin etirazçıların buna məhəl qoymaması səbəbindən tərəflər arasında qarşıdurma yaşanıb. Həbslər barədə məlumat verilmir.

Qeyd edək ki, Tiflisdə ötən gecədən “xarici agentlər haqqında” qanuna etiraz olaraq mitinq keçirilir.

***

Tiflisdə parlament binası qarşısına xüsusi təyinatlı qüvvələr yeridilib.

***

Xüsusi təyinatlı qüvvələr hazırda mitinq iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışır.

Etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edilib.

 

Mənbə: axar.az