Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

 

Türkiyədə 4,7 maqnitualı zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Tokat şəhərinin Sulusaray rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 9,97 km dərinlikdə yerləşib. 

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Mənbə: qafqazinfo.az