Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, hər iki istiqamətdə sıxlıq var

Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, hər iki istiqamətdə sıxlıq var

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məsçidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

Mənbə: apa.az